Mamont

Mamont
Elmi təsnifat
Beynəlxalq elmi adı

Mamont (lat. Mammuthus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.

Mamontlar Pleystosen epoxasında (Buz dövrü) Yer kürəsində yaşayan iri, fillər idi. Mamontların bir neçə növü var idi, ən məşhurları yunlu mamont (Mammuthus primigenius) və Kolumb mamontu (Mammuthus columbi) idi. Buz dövrünün sonunda iqlim dəyişikliyi və insanların həddindən artıq ovlaması nəticəsində mamontların nəsli kəsilib. Məlum olan son yunlu mamontlar təxminən 4000 il əvvələ qədər Şimal Buzlu okeanındakı Vrangel adasında yaşayırdılar.[1]

  1. Zimmer, Carl. "The Last Stand of the Woolly Mammoths". The New York Times (ingilis). 2024-06-27. ISSN 0362-4331. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy